Üstünlüklərimiz


Kaspi Liseyində:

  • İngilis dili intensiv olaraq beynəlxalq Cambridge (Kembric) proqramı əsasında tədris olunur;
  • Cambridge Assessment English (Kembric İngilis dili üzrə Qiymətləndirmə) rəsmi nümayəndəliyi fəaliyyət göstərir;
  • Şagirdlər ildə 1 dəfə ingilis dili üzrə beynəlxalq Cambridge sertifikatını əldə etmək üçün imtahanda iştirak edirlər;
  • I-II və V-VI siniflərdə, STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir.
  • İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur.
  • Kaspi Distant interaktiv video dərs və Kaspitest.com onlayn imtahan platforması tətbiq olunur;
  • Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir;
  • IX-X sinif şagirdləri seçdikləri ixtisas üzrə texniki və humanitar yönümlü qrupularda tədrisə cəlb olunurlar;
  • Buraxılış və ali məktəblərə qəbul imtahanlarına DİM-nin proqramı əsasında xüsusi hazırlıq təşkil olunur;
  • Şagirdlərin bilikləri mütəmadi sınaq imtahanları vasitəsilə yoxlanılır;
  • Xaricdə təhsil almaq istəyən şagirdlər üçün SAT, IELTS və TOEFL üzrə hazırlıq proqramları təşkil olunur;
  • Xüsusi istedadlı şagirdlərin beynəlxalq, Respublika fənn müsabiqəsi və layihə olimpiadalarına hazırlığı təşkil olunur;
  • Təhsil haqqının aylara bölünmüş şəkildə ödəmə imkanı yaradılır;
  • X-XI siniflər üzrə təhsil haqqına xüsusi güzəştlər tətbiq edilir;
  • Təhsil haqqına məktəbli forması, əsas dərsliklər, gündəlik qidalanma və dərnəklər daxildir.
  •  Uşaq Musiqi və İncəsənət Məktəbi fəaliyyət göstərir. Məktəbin əsas məqsədi şagirdlərin musiqi zövqlərini formalaşdırmaq, onların estetik cəhətdən inkişafını təmin etmək, müxtəlif incəsənət sahələrində istedadı olan şagirdləri aşkar edərək onlara peşəkar təhsil vermək və ən əsası bütün bu fəaliyyətlərin hamısını liseyin binasında həyata keçirməkdir. Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin yetirmələri bir neçə irimiqyaslı tədbir təşkil etmişlər. Bəzi şagirdlərin solo konsertləri və sərgiləri də təşkil olunmuşdur.

 

Liseyə qəbul olunmuş şagirdlərin valideynləri Təhsil Nazirliyinin https://sy.edu.az/login şagird yerdəyişmə sisteminə daxil olmaqla müvafiq göstərişlərə əsasən şagirdin yerdəyişməsini həyata keçirməlidirlər.