VEX Robotika


Kaspi liseylərin digər özəl məktəblərdən bir neçə üstünlükləri vardır ki, onlardan biri də STEAM/Robotika dərslərinin tədrisin bir hissəsi olmasıdır. Liseyimizdə bu dərslər qabaqcıl Amerika STEAM təhsil brendi VEX robotics kurrikulumu və avadanlıqları əsasında aparılır. VEX robotics ekosistemi bütün təhsil pillələrini hərtərəfli əhatə edən təhsil proqramından və təhsil robotlarından ibarətdir.
 
 
 
1-ci və 2-ci siniflərdə şagirdlər VEX GO kurikulumu və avadanlıqları ilə robot müəndisliyi və proqramlaşdırmasına giriş edirlər. VEX Go ilə şagirdlər STEAM-ın əsaslarını əyləncəli, praktiki fəaliyyətlər, təcrübələr  və yarışlarlarla öyrənirlər.
 
 
 
Şagirdlərimiz eyni zamanda fundamental anlayışları – robotu necə quracaqlarını, kodlaşdıracaqlarını, hərəkət etdirəcəklərini öyrənərək biliklərini möhkəmləndirirlər.
 
 
V-VI sinifdə isə şagirdlərimiz robotika, mühəndislik bacarıqlarını dərinləşdirmələrinə, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradan VEX IQ kurikulumu və avadanlıqları ilə tanış olurlar.
 
 
Bu mərhələdə eyni zamanda şagirdlərimiz komandada işləmək üçün vacib olan problem həll etmə, vaxtı idarə etmə, və ünsiyyət qurma kimi yumşaq bacarılarını –SOFT skilləri -  inkişaf etdirirlər.
 
 
Növbəti mərhələdə şagirdlərimiz VEX V5 və Arduinoya keçid edirlər. Bu səviyyədə həqiqi robotika və mühəndislik avadanlıqlarını yüksək texnologiya sensorlarını, proqramlaşaşdırma texnikalarını, hətta süni intelekti belə istifadə edərək öz metal robotlarını yaradır, robot qurma texnikalarını kodlaşdırmağı və müasir texnologiyaları öyrənirlər.