Müsabiqə şərtləri


I sinfə qəbul:

  • Müsahibə yolu ilə keçirilir.
  • Müsahibə qrup işi, cütlərlə iş və şagirdin məntiqi təfəkkürü və nitq qabiliyyətini ölçən fərdi görüş formasında təşkil edilir.

II-XI siniflərə qəbul:

  • Bu siniflərə qəbul 2 mərhələdə keçirilir.
  • I mərhələ əvvəlki tədris proqramının yoxlanılması məqsədilə test imtahanı yolu ilə keçirilir və bu mərhələni uğurla keçən şagirdlər II mərhələyə dəvət olunurlar.
  • II mərhələ fərdi müsahibə formasında təşkil edilir.
  • Liseyə qəbul imtahanının keçid balı həmin ilin imtahan nəticələrinə əsasən təyin edilir.
  • İmtahanlardan uğurla keçən şagirdlər liseyə qəbul olunur və həmin şagirdlərin valideynləri müqavilə imzalamağa dəvət olunurlar.

QEYD: VIII-XI sinif şagirdləri qəbul imtahanlarında “Təqaüd Proqramı” müsabiqəsində iştirak etmək imkanı əldə edirlər.